SİYASƏT
İkinci Şuşa Qlobal Media Forumunun iştirakçıları Füzuli rayonuna gəliblər
Milli mətbuatımızın 149 illiyi münasibətilə Şuşa şəhərində keçiriləcək “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda Qlobal Media Forumunun iştirakçılarının Azərbaycanın mədəniyyət paytaxtına səfəri başlayıb.
AZƏRTAC xəbər verir ki, Forum iştirakçıları əvvəlcə təyyarə ilə Qarabağın hava qapısına - Füzuli Beynəlxalq Hava Limanına gəliblər.
Qeyd edək ki, sayca ikinci dəfə təşkil edilən Şuşa Qlobal Media Forumunda ümumilikdə 50-yə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media subyektinin iştirakı gözlənilir. Qlobal Media Forumunun iştirakçıları arasında əcnəbi media təmsilçiləri ilə yanaşı, Azərbaycanın media nümayəndələri, ekspertlər və rəsmilər də var.
Açılış mərasimindən sonra Forum işini sessiyalarla davam etdirəcək.