Azərbaycan Dövlət İnformasiya Agentliyi

Parlament seçkilərini müşahidə etmək üçün 5 qurumdan və 23 ölkədən 94 nəfər akkreditə olunub

01.08.2024 [18:36]

Xəbərin mətni

Sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə müşahidəçi qismində iştirak etmək üçün ümumilikdə indiyədək 8825 yerli müşahidəçi akkreditasiyadan keçib.

AZƏRTAC xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın avqustun 1-də keçirilən iclasında söyləyib.

O bildirib ki, bu müşahidəçilərdən 4622 nəfəri Mərkəzi Seçki Komissiyasında, 4203-ü isə dairə seçki komissiyalarında qeydiyyatdan keçib. Beynəlxalq müşahidəçilərin sayı isə 94 nəfərdir.