Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mariya Stadnik Paris Olimpiadasına inamlı qələbə ilə başlayıb

06.08.2024 [14:54]

Xəbərin mətni

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik "Paris-2024" Yay Olimpiya Oyunlarında ilk görüşünü keçirib.

AZƏRTAC xəbər verir ki, 50 kiloqram çəki dərəcəsində çıxış edən dördqat olimpiya mükafatçısı 1/8 finalda Almaniya təmsilçisi Anastasiya Blayvası sınağa çəkib.

Rəqibini 6:2 hesabı ilə məğlub edən titullu güləşçimiz 1/4 finala yüksəlib.