SİYASƏT


Mərkəzi Seçki Komissiyasının Müstəqil Media Mərkəzinə baxış keçirilib

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə fərqli statuslu seçki iştirakçılarının sərbəst fəaliyyətinə kömək göstərilməsi, hərtərəfli əlverişli şəraitin və geniş imkanların təmin olunması üçün müxtəlif formatlı layihələr gerçəkləşdirilir. Mərkəzi Seçki Komissiyasının (MSK) qarşıdan gələn seçkilərlə əlaqədar yeni fəaliyyətə başlayan “Seçki-2024” Müstəqil Media Mərkəzi də bu kateqoriyadan olan layihələrdən biridir.
AZƏRTAC xəbər verir ki, MSK sədri Məzahir Pənahov avqustun 9-da Müstəqil Media Mərkəzinə gəlib, Komissiya üzvləri və Katibliyin təmsilçilərinin də iştirakı ilə Mərkəzə baxış keçirilib.