Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan İstanbulda keçirilən muay-tay üzrə Birinci Türk Dünyası Çempionatında iştirak edir

16.08.2024 [10:29]

Xəbərin mətni

Avqustun 15-də İstanbulda muay-tay üzrə Birinci Türk Dünyası Çempionatına start verilib.
AZƏRTAC xəbər verir ki, İstanbul Universiteti Turqay Atasü İdman Salonunda keçirilən açılış mərasimində Türkiyə Muay-tay Federasiyasının prezidenti Hasan Yıldız, İstanbulun Avcılar Bələdiyyəsinin sədri Utku Caner Çaykara, TÜRKSOY-un baş katibinin müavini Sayit Yusuf, eləcə də iştirakçı ölkələrin rəsmiləri və qonaqlar iştirak ediblər.