Abbas Abbasov: Müstəmləkəçilikdən əziyyət çəkən Boneyra adasının nümayəndələri Bakıdan dünyaya çağırış edəcəklər
21.08.2024 [17:31]
Xəbərin mətni
Avqustun 22-də Bakıda Bakı Təşəbbüs Qrupunun (BTQ) və Boneyra İnsan Hüquqları və Dəyişiklik naminə Hərəkatının birgə təşkilatçılığı ilə Niderlandın müstəmləkəçiliyi altında olan Boneyra adasına həsr edilmiş beynəlxalq konfrans keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov bildirib.