Göyçayın “Yeraltı hamam”ı bərpa ediləcək
24.08.2024 [17:51]
Xəbərin mətni
Göyçayın mərkəzində olan “Yeraltı hamam” Azərbaycanın nadir memarlıq abidələrindən biridir. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu unikal hamam Göyçay şəhərinin 4 əsas hamamından biri kimi uzun illər insanların istifadəsində olub. Eyni zamanda, şəhər mərkəzində memarlıq cəhətdən diqqəti cəlb edən ən qədim tikililərdən biridir.