İQTİSADİYYAT
Göyçayda 9 kəndi birləşdirən yol yenidən qurulur
29.08.2024 [13:26]
Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Göyçay rayonunun Bakı‒Şamaxı‒Yevlax magistral avtomobil yolunun 218-ci kilometrlik hissəsindən ayrılan Potu‒Ulaşlı Şıxlı‒Üngütlü‒Çərəkə‒Çərəcə‒Şıxlar‒Xəlitli‒Yeniarx‒Hacıağabəyli avtomobil yolunun Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən yenidən qurulması davam etdirilir.
AAYDA-dan AZƏRTAC-a bildirilib ki, uzunluğu 42,35 kilometr olan avtomobil yolu uzun müddət təmir olunmadan istifadə edildiyindən və təbii faktorların təsirindən yararsız vəziyyətdə idi. Bu səbəbdən əsaslı şəkildə bərpasına ehtiyac yaranmışdı. Hazırda yol 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir. Layihəyə uyğun yolun hərəkət hissəsinin eni 6 metrə qədər genişləndirilir.