Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ

Prezident İlham Əliyev Serbiyanın xarici işlər nazirini qəbul edib

01.09.2024 [15:03]

Xəbərin mətni

Sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Serbiya Respublikasının xarici işlər naziri Marko Curiçi qəbul edib.
AZƏRTAC xəbər verir ki, Serbiyanın xarici işlər naziri Prezident Aleksandar Vuçiçin salamlarını dövlətimizin başçısına çatdırdı.
Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı uğurlar arzulayan Marko Curiç Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi nailiyyətləri məmnunluqla qeyd etdi.
Serbiyanın xarici işlər naziri COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdırdı, ölkəmizin qlobal müstəvidə yeni tərəfdaşlıq şəbəkələri və münasibətləri qurduğunu vurğuladı.