Prezident İlham Əliyev Kəlbəcərdə “İstisu” yarımstansiyasının açılışında iştirak edib
03.09.2024 [12:55]
Xəbərin mətni
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Kəlbəcər rayonunun İstisu qəsəbəsində “Azərişıq” ASC-nin 110/35 kV-luq “İstisu” yarımstansiyasının açılışında iştirak edib.
AZƏRTAC xəbər verir ki, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Vüqar Əhmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.