Fernandu Santuş: Futbolçularımızda qələbə istəyi görürəm
04.09.2024 [20:48]
Xəbərin mətni
"Futbolçularımız çətin matça çıxacaqlarının fərqindədirlər. Buna baxmayaraq, onlarda qələbə istəyi görürəm". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş UEFA Millətlər Liqasının C Divizionunda Bakıda İsveç yığmasına qarşı keçirəcəkləri oyundan əvvəl təşkil olunmuş mətbuat konfransında deyib.