Azərbaycan Dövlət İnformasiya Agentliyi

Emin Mahmudov: İsveçlə matçda məqsədimiz qələbə qazanmaqdır

04.09.2024 [21:25]

Xəbərin mətni

"Yaxşı oyun göstərməyə çalışacağıq. Rəqibin gücünə bələdik. Məqsədimiz qələbə qazanmaqdır". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan millisinin futbolçusu Emin Mahmudov UEFA Millətlər Liqasının C Divizionunda Bakıda İsveç yığmasına qarşı keçirəcəkləri oyundan əvvəl təşkil olunmuş mətbuat konfransında deyib.