Abşeron dairəvi dəmir yolu üzrə tariflər dəyişdirilir
23.09.2024 [19:17]
Xəbərin mətni
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) tarif siyasətinə bir sıra dəyişikliklər edəcək. Sentyabrın 25-dən Abşeron dairəvi marşrutu üzrə sərnişindaşımada yeni qiymət siyasəti tətbiq ediləcək.
AZƏRTAC xəbər verir ki, bunu ADY-nın Sərnişindaşıma departamentinin rəhbəri Azər Fərəcov bugünkü brifinq zamanı bildirib.
Onun sözlərinə görə, ADY-nin tətbiq etdiyi məsafə əsaslı tarif siyasətinə əsasən, sərnişinlər minimum 0,40 manat ödəməklə mənzilbaşına çatacaqlar.