Məcnun Məmmədov: Artan yerli istehsal nəzərə alınaraq sertifikatlı toxum üçün tələb 5 hektaradək azaldılıb
24.09.2026 [11:44]
Xəbərin mətni
“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” toxumçuluğun inkişafında keyfiyyətcə yeni mərhələ açır. Proqram hüquqi və institusional bazanın gücləndirilməsi, seleksiya işlərinin genişləndirilməsi və yeni seleksiya proqramlarının həyata keçirilməsi, keyfiyyətə nəzarətin tam rəqəmsallaşdırılması kimi kompleks tədbirləri nəzərdə tutur. Bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov “Toxumçuluqda yeni dövr: Yerli toxum, etibarlı təminat” adlı konfransda çıxışı zamanı deyib.