İDMAN
“Qarabağ” bu gün Avropa Liqasında “Malmö” ilə qarşılaşacaq
03.10.2024 [11:25]
Xəbərin mətni
Azərbaycanın UEFA Avropa Liqasındakı təmsilçisi “Qarabağ” bu gün Liqa mərhələsində ikinci oyununa çıxacaq.
AZƏRTAC xəbər verir ki, Qurban Qurbanovun başçılıq etdiyi kollektiv Bakıda İsveçin “Malmö” komandası ilə qarşılaşacaq.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:45-də başlayacaq. Oyunu Yunanıstandan olan hakimlər briqadası idarə edəcək.