Azərbaycan Dövlət İnformasiya Agentliyi

İlqar Bayramlı: “PeşəFest”də iştirak edən peşə təhsili müəssisələrinin sayı artıb

06.11.2026 [17:24]

Xəbərin mətni

“PeşəFest-2026” festivalı gənclərin peşə seçiminə və karyera planlamasına mühüm töhfə verir. Festival gənclərə öz maraq və bacarıqlarını daha yaxşı müəyyənləşdirmək, müxtəlif peşə ixtisasları ilə yaxından tanış olmaq və gələcək karyeralarını şüurlu şəkildə qurmaq imkanı yaradır. Bu sözləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı “Peşəfest-2026”nın yekun tədbirindən sonra jurnalistlərə açıqlamasında deyib.