Qubanın ağ alması bağlardan neçəyə satılır?
08.10.2024 [12:15]
Xəbərin mətni
Quba bağlarından yığılan keyfiyyətli almanın topdansatış qiyməti 50-60 qəpik arasında dəyişir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun alma bağlarında kütləvi məhsul yığımı sentyabrın ikinci ongünlüyündən başlayıb.
Toplanan meyvənin müəyyən hissəsi satış üçün yerli və paytaxt bazarlarına, eləcə də respublikamızın digər bölgələrinə göndərilir. Məhsulun böyük hissəsi isə xarici bazarlar üçün nəzərdə tutulub. Quba alması əsasən Rusiya bazarlarına göndərilir. Hər il rayon bağlarında yetişən 40 min tona yaxın alma xarici ölkələrə ixrac olunur.