CƏMİYYƏT


Bakıda Pre-COP29 tədbiri işə başlayıb

Oktyabrın 10-da Bakıda Pre-COP29 tədbiri işə başlayıb.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən tədbir “Ambisiyanı artırmaq və iqlim fəaliyyətinə təkan vermək” mövzusuna həsr olunub.
Əvvəlcə COP29-un müəyyən edilmiş Prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Prezident İlham Əliyevin tədbir iştirakçılarına müraciətini oxuyub.