SİYASƏT


AZƏRTAC-ın İdarə Heyətinin sədri: “Kəmər və yol” ölkələrinin media qurumlarının COP29-u işıqlandırmaq üçün sıx əməkdaşlığı vacibdir

Çinin Sincan Uyğur Muxtar Rayonunun paytaxtı Urumçi şəhərində 6-cı Dünya Media Sammiti keçirilir.
AZƏRTAC xəbər verir ki, “Sinxua” agentliyinin ev sahibliyi ilə keçirilən tədbirə təxminən 100 ölkənin 208 media qurumundan, müvafiq dövlət orqanlarından 500-dən çox nümayəndə, o cümlədən beyin mərkəzlərinin rəhbərləri, tanınmış ekspertlər, BMT də daxil olmaqla beynəlxalq təşkilatların nümayəndələri qatılıb. Azərbaycanı tədbirdə AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev təmsil edir.