Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Neftçalalı fermer yeni pambıq sortu əkib, yüksək məhsuldarlıq gözləyir

14.10.2024 [17:42]

Xəbərin mətni

Dövlət tərəfindən hər il pambıqçılığın inkişafına göstərilən diqqət və qayğı regionlarda fermerlərin bu sahəyə marağını daha da artırıb. Fermerlər məhsuldarlığı artıraraq, daha çox gəlir əldə etmək üçün yeni sortlara üstünlük verirlər. Neftçalalı fermer Əlibala Səlimov da bu il pambıq tarlasında yeni sort toxum əkib.
AZƏRTAC xəbər verir ki, 50 ildən çoxdur ömrünü torpağa bağlayan neftçalalı pambıq ustası, “Əmək orden”li Əlibala Səlimov yeni sortlara müraciət edən fermerlərdəndir. Ötənilki məhsuldarlıqdan o qədər də razı qalmayan ağ qızıl ustası bu dəfə yeni - “May 505” pambıq sortunun əkinini aparıb.