Pərviz Şahbazov çinli həmkarı ilə enerji əməkdaşlığını müzakirə edib
23.10.2024 [15:13]
Xəbərin mətni
nergetika naziri Pərviz Şahbazov “Bir kəmər, bir yol” enerji nazirlərinin 3-cü konfransı çərçivəsində Çindaoda Çinin Milli Enerji Administrasiyasının rəhbəri Can Cienhua ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin Çinlə münasibətlərin inkişafına xüsusi önəm verdiyi qeyd olunub. Bu xüsusda, Azərbaycan-Çin münasibətlərini strateji tərəfdaşlığa yüksəldən Birgə Bəyannamənin neft-qaz, bərpaolunan enerji sahələrində əməkdaşlığın inkişafını təşviq edən rolundan bəhs edilib.