Su şəbəkəsinə qoşulma ilə bağlı sahibkarların və maraqlı tərəflərin məlumatlandırılması tədbiri keçirilib
23.10.2024 [19:17]
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) təşkilatçılığı və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə 2024-cü il Yol Xəritəsində nəzərdə tutulmuş tədbirlərin icrası məqsədilə “Su təchizatı şəbəkəsinə qoşulma” ilə bağlı qaydalar və onlara edilmiş dəyişikliklər, yeni qaydaların qüvvəyə minməsi və təsdiq olunması barədə ictimaiyyətin, biznes assosiasiyalarının, qeyri-hökumət təşkilatlarının və bu sahədə maraqlı tərəflərin məlumatlandırılması üçün məlumat kitabçasının, videoçarxın və qurumun yeni internet səhifəsinin və təkmilləşdirilmiş “e-su” portalının təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, tədbir Dünya Bankı Qrupunun “Business Ready” layihəsinin “Kommunal xidmətlər (su təchizatı)” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsində nəzərdə tutulmuş “Su şəbəkəsinə qoşulma” ilə bağlı sahibkarların və maraqlı tərəflərin məlumatlandırılması üçün keçirilib.