Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Payız-qış mövsümündə xüsusi texnikanın istismar rejiminə keçirilməsi ilə bağlı tədbirlər davam etdirilir

25.10.2024 [13:25]

Xəbərin mətni

Cari ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunda silah, döyüş və xüsusi texnikanın payız-qış mövsümündə istismar rejiminə keçirilməsi üzrə kompleks tədbirlər davam etdirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, kompleks tədbirlər zamanı döyüş və xüsusi texnikanın yanacaq-sürtkü materialları payız-qış mövsümünə uyğun dəyişdirilir, elektrik və hidravlik sistemlərin istismara yararlılığı yoxlanılır, eləcə də texnikaların üzərində və bölmələrdə olan silahlara və döyüş sursatlarına mövsümi xidmət göstərilir.