İQTİSADİYYAT


COP29 ərəfəsində miqrasiya qaydaları ilə bağlı güzəştlər tətbiq olunacaq

Dövlət Miqrasiya Xidməti tərəfindən COP29 Təşkilat Komitəsi, COP29 Azərbaycan Əməliyyat Şirkəti ilə birgə miqrasiya qeydiyyat prosedurlarının sadələşdirilməsi, məlumatlılığın artırılması, eləcə də ölkəyə giriş-çıxış zamanı qarşıya çıxa biləcək məsələlərin çevik həlli istiqamətində tədbirlər görülüb.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi Ülvi Əliyev Heydər Əliyev Beynəlxalq Hava Limanında təşkil olunan mediatur çərçivəsində keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, COP29 ərəfəsində miqrasiya qaydaları ilə bağlı güzəştlər tətbiq olunacaq.