Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

COP29-da Fransanın nüvə sınaqlarının mənfi təsirlərinə görə təzminat ödəməsi tələbi ilə aksiya keçirilib

18.11.2024 [19:09]

Xəbərin mətni

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində dekolonizasiya və yaşıl gələcəyə həsr edilmiş konfransın iştirakçıları Mavi Zonada aksiya keçiriblər.
AZƏRTAC xəbər verir ki, Bakı Təşəbbüs Qrupu (BTQ) tərəfindən keçirilmiş “Dekolonizasiya və yaşıl gələcək naminə həmrəylik” adlı aksiyanın iştirakçıları - Afrikanın Mali, Keniya, Konqo Demokratik Respublikası, Nigeriya, Cibuti, Toqo, Mavritaniya, Zimbabve, Zambiya və Kamerundan olan deputatlar, qeyri-hökumət təşkilatlarının rəhbərləri, siyasətçilər, ekofəallar, hüquq müdafiəçiləri öz ölkələrindəki acınacaqlı ekoloji vəziyyətlə bağlı məlumat verib, ekoloji çağırış ediblər.