Tovuz rayonunda ağır yol qəzası baş verib, 6 nəfər ölüb
28.11.2024 [10:39]
Xəbərin mətni
Tovuz rayonda ağır yol-nəqliyyat qəzası baş verib.
AZƏRTAC xəbər verir ki, hadisə Bakı-Qazax avtomagistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan “Mercedes” və VAZ markalı iki avtomobil toqquşub. Qəza zamanı 6 nəfərin öldüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır.