Şəkidə minik avtomobili motosikletlə toqquşub, iki nəfər ölüb
28.11.2024 [16:41]
Xəbərin mətni
Şəki şəhərinin mərkəzi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata əsasən, gecə saatlarında “Opel-Astra” markalı avtomobillə motosiklet toqquşub. Ağır yol-nəqliyyat hadisəsi nəticəsində motosikleti idarə edən 42 yaşlı Natiq Abdullayev və onun sərnişini 46 yaşlı Mehman Camalov aldıqları xəsarətdən hadisə yerində həyatlarını itiriblər.