İQTİSADİYYAT
Londonda COP29-un nəticələri və Xəzər regionunun enerji təhlükəsizliyi müzakirə olunub
05.12.2024 [16:54]
Xəbərin mətni
Xəzər Siyasət Mərkəzi Londonda “Xəzər Enerji Təhlükəsizliyi və COP29-dan sonra” mövzusunda konfrans təşkil edib.
AZƏRTAC xəbər verir ki, konfransda çıxış edən Xəzər Siyasət Mərkəzinin direktoru Əfqan Nifti Xəzər regionunun enerji təhlükəsizliyi və yaşıl enerji keçidində artan əhəmiyyətini vurğulayıb.
O bildirib ki, Xəzər regionunda, xüsusilə son bir ildə diplomatik səylər və əməkdaşlıq yüksək səviyyəyə çatıb. Ə. Nifti COP29-un region üçün xüsusi əhəmiyyət daşıdığını və Xəzər regionunun qlobal gündəlikdəki əhəmiyyətini bir daha sübut etdiyini də əlavə edib.