Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Beynəlxalq vəkillik və diplomatiya yurdlarından zorla didərgin düşmüş insanların hüquqlarının bərpasında mühüm rol oynayır

05.12.2024 [17:54]

Xəbərin mətni

Dekabrın 5-də Qərbi Azərbaycan İcmasının təşkil etdiyi “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” adlı II beynəlxalq konfrans çərçivəsində “Beynəlxalq vəkillik və diplomatiyanın rolu” mövzusunda panel sessiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, sessiya Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Cavid Vəliyevin moderatorluğu ilə keçib.
Tədbirdə Türkiyə Böyük Millət Məclisinin üzvü, Ədalət və İnkişaf Partiyasının sədr müavini Zəfər Sırakaya çıxış edərək bildirib ki, Qərbi azərbaycanlıların öz yurdlarına qayıdışının təmin edilməsi Cənubi Qafqazda sülh və sabitliyə töhfə verəcək.

Bölmənin digər videoları