SİYASƏT
Eldar İbrahimov: Uçuruma doğru gedən Azərbaycanın xilası Ümummilli Liderin xidmətləri nəticəsində mümkün olub
07.12.2024 [16:39]
Xəbərin mətni
1920-ci ilin aprel ayında Azərbaycan Xalq Cümhuriyyətinin və onun parlamentinin varlığına son qoyulsa da, xalqımız ilk müstəqil dövlətinin və parlamentinin irsini öz qəlbində daim yaşadıb. XX əsrin əvvəllərində həyata keçirilən müstəqillik, demokratiya və bərabərlik ideyaları 1991-ci il oktyabrın 18 dövlət müstəqilliyinin bərpası zamanı əsas götürülən dəyərlər olub.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisinin İntizam komissiyasının sədri Eldar İbrahimov dekabrın 7-də keçirilən “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusuna həsr edilmiş beynəlxalq parlament konfransda çıxışı zamanı deyib.