Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Zahid Oruc: Bölgədə sülh müqaviləsinə nail olmaq beynəlxalq təhlükəsizlik baxımından ən böyük vəzifədir

07.12.2024 [16:51]

Xəbərin mətni

Son 30 ildə işğal əleyhinə qəbul edilən çoxsaylı qanunvericilik aktları, dövlətimizin iqtisadi müstəqilliyini təmin edən onlarla neft müqavilələrinin ratifikasiyası və nəhayət güclü ordunun qurulması üçün yüzlərlə qərarlar Zəfər savaşına gedən yolları açdı. Xalqımızın 30 il ərzində ərazi bütövlüyü və suverenlik mübarizəsi əvvəlcə hüquqi, daha sonra Vətən müharibəsi ilə hərb meydanında rəsmiləşdi. Biz haqlı olduğumuz üçün qalib gəldik. İndi Azərbaycan parlamenti qalib xalqımızın siyasi iradəsini təmsil edir və yeni qalibiyyət tarixi yazılır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc dekabrın 7-də “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusuna həsr edilmiş beynəlxalq parlament konfransında çıxışı zamanı deyib.