Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Orzigül Kozixonova: Parlamentlərimiz arasındakı dostluq qrupları dövlətlərimizin münasibətlərinin dərinləşməsinə xidmət edir

07.12.2024 [17:14]

Xəbərin mətni

Son illərdə Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri inkişaf etməkdədir. Əməkdaşlığımız parlamentlər arasında da davam etdirilir. Bundan sonra ticari, iqtisadi, mədəni münasibətlərin inkişaf etdirilməsi gündəlikdə əsas yer tutur.
AZƏRTAC xəbər verir ki, bu sözləri Özbəkistan Respublikası Ali Məclisi Senatının Gənclər, mədəniyyət və idman komitəsinin sədri xanım Orzigül Kozixonova dekabrın 7-də Milli Məclisdə keçirilən “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusuna həsr edilmiş beynəlxalq parlament konfransında çıxışı zamanı deyib.