SİYASƏT
“İctimai diplomatiyada parlamentlərin rolu: Azərbaycan və Türkiyə nümunəsi” mövzusunda dəyirmi masa təşkil olunub
07.12.2024 [19:45]
Xəbərin mətni
Tədbirdə açılış nitqi ilə çıxış edən Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov müstəqilliyimizin bərpasının xalqımız üçün tarixi bir nemət olduğu kimi, Azərbaycanla Türkiyə arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsi baxımından da mühüm əhəmiyyət daşıdığını söyləyib. Ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin daha da inkişaf etdiyini deyən Ə.Əhmədov bildirib: “Bu inkişaf təkcə iki ölkə arasında deyil, həm də beynəlxalq münasibətlər sistemində onların nüfuzunun artmasına və qlobal arenada daha fəal mövqe tutmalarına imkan yaradıb”.