Azərbaycan Dövlət İnformasiya Agentliyi

AMADA-nın təşkilatçılığı ilə keçirilən beynəlxalq konfransın açılışı olub

16.12.2024 [12:49]

Xəbərin mətni

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Bakıda “Təmiz qələbə: Olimpiya ilinə yenidən baxış” adlı beynəlxalq konfransın açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Konfransın antidopinq sahəsində təcrübələrin paylaşılması baxımından əhəmiyyətindən bəhs edən gənclər və idman nazirinin müavini Mariana Vasileva bütün idmançılara təmiz qələbə arzulayıb.