Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Türkiyənin xarici işlər naziri: Sülh prosesində can Azərbaycanla çiyin-çiyinə hərəkət edirik

10.01.2025 [17:47]

Xəbərin mətni

Cənubi Qafqaz ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir. Balkan ölkələri Avropaya açılan qapımız olduğu kimi, Qafqaz da Orta Asiyaya olan qapımızdır. Qarabağın işğaldan azad edilməsi ilə bölgəmizdə daimi sülh və rifah üçün tarixi fürsət yaranıb. Bu prosesdə can Azərbaycanla çiyin-çiyinə hərəkət edirik. Ermənistanın da davamlı və strateji bir anlayışla hərəkət edəcəyinə inanıram.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyədəki yerli və beynəlxalq media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında ifadə edib.