Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şəkidə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

20.01.2025 [19:32]

Xəbərin mətni

Azərbaycan xalqının azadlıq mübarizəsinin ən şanlı səhifələrindən olan 20 Yanvar faciəsinin ildönümü Şəkidə də xalqımızın qəhrəmanlıq salnaməsi, milli qürur günü kimi qeyd olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, faciənin 35-ci ildönümü ilə əlaqədar yanvarın 20-də Şəki Şəhər İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, əmək kollektivlərinin və ictimaiyyətin nümayəndələri Şəhidlər xiyabanına gələrək, Vətənimizin azadlığı və müstəqilliyi uğrunda şəhid olmuş igid Vətən oğullarının məzarları üzərinə qırmızı qərənfillər düzüb, şəhidlərin xatirəsini ehtiramla yad ediblər.