Bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçirilir
29.01.2025 [09:49]
Xəbərin mətni
Yanvarın 29-da səhər saat 8:00-da Azərbaycan Respublikasında bələdiyyə seçkiləri ilə əlaqədar səsvermə başlayıb.
AZƏRTAC xəbər verir ki, seçkilərdə 16 min 92 namizəd mübarizə aparır. Seçkilər zamanı respublika üzrə 685 bələdiyyəyə 8 min 71 üzv seçiləcək.
Səsvermə 118 seçki dairəsi üzrə 5846 seçki məntəqəsində keçirilir. Azərbaycanda mövcud olan 125 dairədən 7-si işğaldan azad edilmiş ərazilərdə yerləşdiyi üçün bu proseslərdə iştirak etmir. Ümumilikdə həmin dairələrdən başqa digər 4 dairədə də məcburi köçkün vətəndaşlarımız var. Ümumilikdə 400 minə yaxın məcburi köçkün seçici bələdiyyə seçkilərində səsvermədə iştirak etmir.