Azərbaycan Dövlət İnformasiya Agentliyi

İsveç ictimaiyyəti Azərbaycan Xalq Cümhuriyyətinin tarixi haqqında məlumatlandırılıb

29.05.2015 [21:02]

Xəbərin mətni
28 May - Respublika Günü münasibətilə Azərbaycanın İsveçdəki səfirliyi tərəfindən Stokholmda rəsmi qəbul təşkil edilib. Qəbulda İsveçin yüksək səviyyəli dövlət və hökumət rəsmiləri, ölkədə akkreditə olunmuş diplomatik korpusun üzvləri, ictimaiyyətin, habelə Azərbaycan və türk diasporunun nümayəndələri iştirak ediblər.