Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Azarım, bezarım su ilə axıb getsin”

25.02.2025 [17:24]

Xəbərin mətni

Bu gün Novruzun ilk çərşənbəsi, yazın müjdəçisi olan Su çərşənbəsidir. Su həyatın mənbəyi, aydınlığın və saflığın rəmzi olduğundan, bu çərşənbədə onun müqəddəs mahiyyəti ön plana çıxır. Xalq arasında "Əvvəl çərşənbə", "Gözəl çərşənbə", Sular Novruzu” və "Gül çərşənbəsi" kimi də tanınır və bu gün müxtəlif adət-inanclarla müşayiət olunur.