Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xarici işlər nazirinin müavini Pekində Çin və Qloballaşma Mərkəzinin üzvləri ilə görüşüb

27.03.2025 [20:45]

Xəbərin mətni

Çin Xalq Respublikasında səfərdə olan xarici işlər nazirinin müavini Elnur Məmmədov martın 27-də Pekində Çinin nüfuzlu beyin mərkəzlərindən olan Çin və Qloballaşma Mərkəzinin üzvləri ilə görüşüb. AZƏRTAC xəbər verir ki, nazir müavini Azərbaycanın xarici siyasəti, beynəlxalq və regional məsələlərə dair mövqeyi, dost ölkələrlə, o cümlədən Çin Xalq Respublikası ilə münasibətləri barədə danışıb. Bildirib ki, 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında antiterror tədbirləri ilə ərazi bütövlüyünü və suverenliyini bərpa edən Azərbaycan beynəlxalq birliyin layiqli üzvü kimi fəal xarici siyasət yürüdür, dünyada sülhün, sabitliyin, ədalətin təminatı, bərabərhüquqlu əməkdaşlığın inkişafı üçün səy göstərir. Rəsmi Bakı qlobal məsələlərin həllində daha aktiv rol oynamaqda maraqlıdır.

BÖLMƏNİN DİGƏR VİDEOLARI