Fransua Benedetti: Milli kimliklərin ləğv edilməsi və kolonializm tökülən qanların, tətbiq olunan gücün sayəsindədir
28.03.2025 [17:35]
Xəbərin mətni
Fransa dənizaşırı ərazilərdə neomüstəmləkə siyasətini davam etdirir, yerli əhalinin ehtiyaclarını nəzərə almır və onların milli-dini kimliyini məhv edir. Bu fikirləri “Corsica Libera” partiyasının nümayəndəsi Fransua Benedetti (François Benedetti) Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə keçiriləcək “Kolonializm: Milli-Dini Kimliyin Silinməsi” adlı beynəlxalq konfransından öncə təşkil olunmuş mətbuat konfransında səsləndirib.