Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Bakı-2015”-də Azərbaycan milli komandasının bayraqdarının adı açıqlanıb

11.06.2015 [19:26]

Xəbərin mətni
Cüdo üzrə Avropa çempionu, dünya çempionatının gümüş mükafatçısı Elmar Qasımov Azərbaycan Milli Olimpiya Komitəsi rəhbərliyinin yekun qərarı ilə “Bakı-2015”-də milli komandamızın bayraqdarı seçilib. O, iyunun 12-də Bakı Olimpiya Stadionunda keçiriləcək açılış mərasimində Azərbaycan bayrağını daşıyacaq.