Hafiz Paşayev: ADA Siyasi Forumu iştirakçı ölkələrin nümayəndələri arasında mühüm əlaqələrin qurulmasına imkan yaradacaq
08.04.2025 [15:06]
Xəbərin mətni
Şanlı Qələbəmiz xalqımız üçün qürurlu 44 günlük döyüş, azadlıq, böyümə, yeni şəxsiyyətlərin yaranması baxımından fürsət oldu. İndi biz Qarabağ Universitetindəyik. Bundan yaxşı nə ola bilər? ADA Universitetini bugünkü konfransda təmsil etmək çox qürurvericidir. Bu sözləri ADA Universitetinin rektoru Hafiz Paşayev Xankəndidə yerləşən Qarabağ Universitetində "Yeni dünya nizamına doğru" mövzusunda keçirilən 7-ci ADA Siyasi Forumundakı açılış nitqində deyib.