Azərbaycan Dövlət İnformasiya Agentliyi

Keçmiş məcburi köçkün: Birlik və həmrəylik nümayiş etdirərək düşmənə layiqli cavab verdik

10.04.2025 [12:08]

Xəbərin mətni

Döyüş meydanında 44 gün ərzində Qələbə sayəsində torpaqlarımız öz tarixi sahibinə geri qayıtdı. Yenidən bərpaolunan doğma yurdum Ağdama qayıdıram. Əvvəlki xoş günlərimə, ata ocağıma geri dönürəm. Bu xoş günləri bizə yaşadan Prezidentimizə minnətdarlığımı bildirirəm. Şəhidlərimizə Allahdan rəhmət, valideynlərinə səbir diləyirəm. Onlar Vətən uğrunda şəhid oldular. Bu gün bizi doğma elimizə-obamıza qayıtmaq arzusuna çatdıran onlardır. Bu sözləri müsahibəsində keçmiş məcburi köçkün Elgiz Tağıyev söyləyib.