Şəkidə baş verə biləcək sel təhlükəsi ilə bağlı qabaqlayıcı tədbirlər görülür
10.04.2025 [22:28]
Xəbərin mətni
Şəki şəhəri, eləcə də rayonun bir sıra kəndləri Böyük Qafqaz sıra dağlarının ətəyində yerləşdiyindən burada sel və daşqınların olması ehtimalı yüksəkdir. Tarixi faktlar da sübut edir ki, bir neçə ildən bir Şəki şəhərində və bəzi kəndlərdə böyük daşqınlar olub, infrastruktura, vətəndaşların şəxsi təsərrüfatlarına ciddi ziyan dəyib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şəkidə baş verə biləcək sel təhlükəsi ilə bağlı qabaqlayıcı tədbirlər görülür. Bununla yanaşı, yaz-tarla işlərinin başlanması ilə əlaqədar suvarma kanalları da lildən və qumdan təmizlənir.