Əməkdar incəsənət xadimi: Naxçıvanı qarış-qarış gəzmişəm və sevmişəm
13.04.2025 [13:06]
Xəbərin mətni
Naxçıvanı öz ana yurdum sayıram. Çünki ötən əsrdə burada iki il hərbi xidmətdə olmuşam. Bu doğma eli qarış-qarış gəzmişəm və sevmişəm. Amma bir neçə il öncə yenidən buraya qayıdanda Naxçıvanı tanımadım. Çünki bu qədim şəhərin təməlində yeni bir cavan şəhər ucalır. Deyim ki, bu cavanlıq təkcə şəhərin simasında deyil, insanların çöhrəsində də özünü göstərir. Naxçıvan Dövlət Universitetində oxuyan tələbələrin timsalında bunu daha aydın görmək olur. Gənclik illərim burada keçdiyi üçün, özümü bir naxçıvanlı adlandırıram və çox böyük qürur hissi keçirirəm, sevinirəm.