Naxçıvan şəhərinin Əliabad qəsəbədaxili avtomobil yolları əsaslı təmir olunur
14.04.2025 [15:33]
Xəbərin mətni
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq, bir neçə yerli əhəmiyyətli avtomobil yollarında əsaslı təmir işlərinin aparılması nəzərdə tutulub ki, bunlardan biri də Naxçıvan şəhərinin Əliabad qəsəbədaxili avtomobil yoludur. Hazırda uzunluğu 9,6 kilometr olan Əliabad qəsəbədaxili avtomobil yolunda əsaslı təmir işləri həyata keçirilir. Əsas məqsəd vətəndaşların rahat hərəkətini təmin etməkdir. Bu sözləri jurnalistlərə açıqlamasında Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Əli İbrahimbəyli deyib.