Yardımlıda 12 kiloqram narkotik aşkarlanıb
14.04.2025 [15:36]
Xəbərin mətni
Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən, hər ikisi əvvəllər dəfələrlə məhkum olunmuş 40 yaşlı Zaur Rabayev və 43 yaşlı Hacı Əliyev saxlanılıblar.