Havanın yağışlı keçməsi çiyələk yığımını gecikdirsə də, məhsuldarlıq yüksəkdir – Cəlilabaddan reportaj
14.04.2025 [15:37]
Xəbərin mətni
Cəlilabad rayonunda örtük altında yetişdirilən çiyələyin yığımına start verilib. Son günlər hava şəraitinin qeyri-sabit olması yığım prosesini müəyyən qədər gecikdirsə də, fermerlər, ümumilikdə, məhsuldarlıqdan və satışdan məmnundurlar.