Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qaya uçqununa görə Qubanın bəzi yaşayış məntəqələri ilə əlaqə kəsilib

19.04.2025 [10:46]

Xəbərin mətni

Aprelin 19-u səhər saatlarında Qubada "Təngə dərəsi" adlanan turizm ərazisində yolun hərəkət hissəsinə qaya parçası düşüb. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iri qaya parçası ərazidən keçən yeganə yolu tamamilə bağlayıb. Nəticədə 10-dan artıq yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilib.